"Vilyarreal favorit, digər üç komanda eyni gücdədi" - "Sivasspor"un prezidenti

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan Türkiyənin "Sivasspor" klubunun prezidenti Mecnun Otyakmaz açıqlama verib.

Newsport.az-ın məlumatına görə, o, "Vilyarreal"la oyunöncəsi İspaniya klubunu qrupun favoriti adlandırıb:

"Etdiyimiz transferlərlə ötən mövsümdəkindən daha yaxşı komanda qurduq. Hələlik bir az uyğunlaşma problemi var. Səfərdən xalla qayıda biləcəyimizə ümid edirəm. Təbii ki, qrupdan çıxmaq istəyirik. "Vilyarreal" birinci səbətdə olduğu üçün favoritdi. Digər üç komandanın bir-biriləri ilə eyni gücdə olduğunu düşünürəm. Qrup ikincisi kimi növbəti mərhələyə vəsiqə qazanmaq niyyətindəyik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right