Tomas Doll: “Sabahkı oyundan sonra gülən mən olacam, narahat olmayın”

Avropa Liqasının qrup mərhələsinin III turunda “Qarabağ”ın qonağı olacaq APOEL-in baş məşqçisi Tomas Doll oyun öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
 
Newsport.az xəbər verir ki, 53 yaşlı almaniyalı mütəxəssis Bakıya müsbət nəticə üçün gəldiklərini deyib.
 
- Avqust ayında “Qarabağ”ı məğlub etmişdiniz. Bunu təkrarlamağa hazırsınız?
- Əlbəttə, çalışacağıq ki, bunu təkrar edək. Qrupda 0 xalımız var. Buna görə də bizə qələbə lazımdır.
 
- APOEL evdə “Düdelanj”a uduzdu. “Qarabağ” isə bu komandaya səfərdə qalib gəldi. Sizdə “Qarabağ”la bağlı hansı fikirlər formalaşdı?
- Nəticələr tarixdir. Oyun 0:0 hesabı ilə başlayır. Belə şeylər önəmli deyil.
 
- İki ay əvvəl “Qarabağ”a qalib gəlmişdiniz. Bu müddətdə komandada nə dəyişiklər baş verib?
- Bizim “Qarabağ”la son oyunumuz final xarakteri idi. Bu da həmin matç qədər əhəmiyyətlidir. Xallara ehtiyacımız var. Bura oyunumuzu nümayiş etdirməyə gəlmişik. Bu matça ürəyimizi qoymalı, həvəslə meydana çıxmalıyıq. Son matçda “Qarabağ”a dəstək böyük idi. Bu da futbol adına gözəl amildir. Bizə nəsə təsir etməyəcək. Bura müsbət nəticə qazanmaq üçün gəlmişik.
 
- Sizə başağrı verən məsələlər hansılardır?
- Mənim başım heç vaxt ağrımır. Oyuna ciddi hazırlamışıq, əhəmiyyətini bilirik. Avropa Liqası hər klub üçün önəmlidir. Azarkeşlər üçün də əhəmiyyətlidir. Nə etmək istədiyimizi bilirik. “Qarabağ”la son matçımızda bunu etdik. Lazım olan anda qollar vurduq. Planlarımız yaxşı işləməlidir. Təcrübəli oyunçularımız var. Önəmli oyunlarda çıxış ediblər. Yaxşı oynamalıyıq və qalib gəlməliyik.
 
- Avqustda sizi gülərüz insan kimi tanımışdıq. İndi isə qüssəli görünürsünüz.
- Uzun yol gəlmişik. Bir az yorğunam. Oyunla əlaqəsi yoxdur. Sabahkı oyundan sonra gülən mən olacam, narahat olmayın.
 
- Sabah məğlub olsanız, sizin üçün məsələnin başa çatdığını demək olar?
- Oyuna başlamamışdan öncə neqativ düşünmək olmaz. Həyatda da belə olmaq lazımdır. Futbold ahəyatın bir parçasıdır. Tam performansımızı ortaya qoyacağımızı düşünərək, meydana çıxmalıyıq. Matça tam hazırıq.
 
- Tomas De Vinsenti ciddi itkidir? Onun yerinə doldura biləcəksiniz?
- Onun olmaması itkidir. Tomasın əvəzinə oynayacaq yaxşı futbolçularımız var.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right