"Qarabağ"ın rəqibi iştirak ərizəsini UEFA-ya təqdim etdi

Avropa Liqasında çıxış edən "Qarabağ"ın qrup mərhələsindəki rəqibi "Sportinq" iştirak ərizəsini UEFA-ya təqdim edib.

Newsport.az-ın məlumatına görə, siyahıda 21 futbolçu yer alıb. Lissabon təmsilçisi 3 qapıçı, 6 müdafiəçi, 7 yarımmüdafiəçi və 5 hücumçu sifariş verib.

Qapıçılar: 1. Emiliano Viviano, 19. Roman Salen, 40. Renan Ribeyro;

Müdafiəçilər: 4. Sebastian Koates, 5. Cefferson Nasimento, 6. Andrea Pintu, 13. Stefan Ristovski, 22. Jeremi Matye, 76. Brunu Qaşpar;

Yarımmüdafiəçilər: 8. Brunu Fernandeş, 9. Markos Akunya, 16. Rodriqo Battalya, 21. Rafinya, 25. Padosav Petroviç, 37. Markus Vandel Vale da Silva, 86. Nemanya Qudel;

Hücumçular: 10. Fredi Montero, 17. Luiş Nani, 18. Karluş Mane, 23. Abdulay Diabi, 28. Bas Dost.

Qeyd edək ki, "Qarabağ" "Sportinq"lə ilk oyununu sentyabrın 20-də Portuqaliyanın paytaxtı Lissabonda keçirəcək. Bakıdakı qarşılaşma isə noyabrın 29-da olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right