"Qarabağ" bu gün Moldovaya gedir

Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində Moldovanın "Şerif" klubunun qonağı olacaq "Qarabağ"ın səfər proqramı bəlli olub.  

Newsport.az-ın məlumatına görə, Ağdam klubunun Moldovaya səfəri bu gün saat 19:00-da başlayacaq. Təmsilçimiz çarter reysi ilə Kişniyova yola düşəcək və Tiraspol şəhərindəki "Rossiya" otelində məskunlaşacaq.  

"Köhlən atlar"ın oyunöncəsi məşqi sabah saat 20:00 "Şerif"in stadionunda baş tutacaq. Bundan 15 dəqiqə öncə isə təmsilçimizin baş məşqçisi Qurban Qurbanov mətbuat önünə çıxaraq, jurnalistlərin suallarını cavablandıracaq.

Qeyd edək ki, "Şerif" - "Qarabağ" oyunu avqustun 23-də keçiriləcək. Matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.    

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right