"Slovan"ın kapitanı: “Qarabağ”a sürpriz hazırlasaq belə,..."

Ölkəmizi Avropa Liqasında təmsil edən "Qarabağ" sabah qrup mərhələsinin V turunda "Slovan"la qarşıalaşcaq.

Newsport.az-ın Liberetsə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, oyundan bir gün öncə təşkil edilmiş mətbuat konfransında çıxış edən çexlərin kapitanı Lukaş Pokornı matçla bağlı fikirlərini bildirib.

“Rəqibin zəif və güclü cəhətlərini araşdırmışıq.Sabahkı matça tam hazırıq. Nəticəni isə sabah saat 19:00 da başlayacaq matçdan sonra birlikdə görəcəyik. “Qarabağ”a sürpriz hazırlasaq belə, onu burda açıqlamağım doğru olmaz”

“Bu, mənim üçün Avroliqada ilk görüşüm olacaq. Hiss edirəm ki, bu, mənim üçün böyük şansdı. Qələbə qazanmağımız üçün əlimdən gələni edəcəm”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right