"Dabonun səviyyəsinə söz ola bilməz" - "Maynts"ın baş məşqçisi

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda səfərdə “Qəbələ”yə qalib gələn (3:2) “Maynts”ın baş məqşçisi Martin Şmidt oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az-ın məlumatına görə, alman mütəxəssis oyunla bağlı bunları deyib:

"Bizim üçün çətin oyun oldu. Rəqib əks-hücumlarda yaxşı oynayırdı. İlk yarıda onların əla şansı olsa da, bundan yararlana bilmədilər. Buna baxmayaraq, üstünlük bizim tərəfdə idi. Bunun nəticəsi kimi hesabı açan tərəf biz olduq. Fasilədə isə komandama "Qəbələ"nin gücünü artıracağını dedim. Yunus Mallının qol vurmaq şansı oldu. İki dəyişiklik etdim və onlar komandanın qələbəsində böyük pay sahibi oldu. Layiqli qələbə qazandıq. Bu, bizim ilk qələbəmiz idi. Artıq 4 xalımız var və bundan razıyam. Dekabrda "Qəbələ"ni evdə qəbul edəcəyik. Hava soyuq olacaq, ancaq qaynar mücadilə gözləyirəm".
 
- Hesabda geri düşəndə hansı hissləri keçirdiniz?
- Komandam fiziki cəhətdən çox hazırdı. "Verder"lə oyunda da geri düşəndən sonra dönüş yarada bilmişdik. Psixolji cəhətdən tam hazır idik.
 
- Əvvəlcədən təhlil etdiyiniz "Qəbələ"ni görə bildiniz? Rəqibiniz sizi təəccübləndirdi?
- Rəqibi yaxşı təhlil etmişdik. Xüsusən əks-hücumlarda Dabodan çox istifadə edirdilər. İlk dəqiqələrdən rəqibin bizə qarşı pressinq etməyi məni təəccübləndirdi.
 
- Daboya nə qədər transfer qiyməti verərsiniz?
- Təhlil zamanı Dabonu izləmişdim. Müsbət keyfiyyətləri çoxdu. Müdafiəçiələrə çətin anlar yaşadır. Hücumçu kimi onun səviyyəsinə ola bilməz. Ona ödəyə biləcəyimiz məbləğə gəlincə, bunu idman direktorumuzdan soruşsaz, daha yaxşı olar (gülür).
 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right