"Artıq öz işimizi gördük" - Nika Kvekveskiri

UEFA Avropa Liqasının pley-off mərhələsinə yekun vurulub.

Newsport.az-ın məlumatına görə, Sloveniyada keçirilən cavab oyununda "Maribor”a 0:1 hesabı ilə uduzan "Qəbələ” iki oyunun ümumi nəticəsində rəqibini mübarizədən kənarlaşdıraraq, ardıcıl ikinci dəfə qrup mərhələsinə yüksəlib. 

"Qırmızı-qaralar”ın gürcüstanlı yarımmüdafiəçisi Nika Kvekveskiri matç haqda fikirlərini klub saytına açıqlayıb:

"Oyun gözlədiyimiz kimi çətin alındı. Çünki "Maribor” çox savadlı, yaxşı təlim keçmiş komandadır. Onların vacib beynəlxalq qarşılaşmalarda böyük təcrübəsi var. Bilirdik ki, onlar belə güclü oynayacaq və buna hazır idik. Amma qarşılaşmanın sonluğu çox çətin alındı. Buna səbəb azlıqda qalmağımız idi. Matçın sonunadək mübarizə apardıq. Bütün komandaya, Teo Uiksə görə meydan sahiblərinin təzyiqinə davam gətirdik və xeyrimizə olan nəticəni qoruya bildik. Azlıqda qalandan sonra da bir-birimizi ruhlandırırdıq. Meydanda daha çox hərəkət etməyə, mübarizə aparmağa da hazır idik ki, rəqibin say üstünlüyü hiss olunmasın. Həmin anlarda da mərhələ keçəcəyimizə inanırdıq. Çünki baş məşqçimiz bizə hər vəziyyətdə necə mübarizə aparmalı olmaqla bağlı tapşırıqlarını vermişdi. Hər duruma hazır idik. Hətta azlıqda qalacağımız halda da nə edəcəyimizi bilirdik. 

Çox sevinirəm ki, qrup mərhələsinə vəsiqə qazandıq. "Qəbələ” ardıcıl ikinci dəfə bunu bacardı ki, belə nəticə də böyük nailiyyətdir. Sabahkı püşkü gözləyirik. Rəqiblərimizin kimliyi bilinəcək. Qrupda itiriləsi bir şey yoxdur. Artıq öz işimizi gördük. Çalışacağıq ki, öz futbolumuzu oynayaq və qrupdan çıxmaq üçün də mübarizə aparaq. "Qarabağ”ı da qrupa düşməsi münasibətilə təbrik edirəm. İki komandanın ardıcıl iki il Avropa Liqasının qrupunda oynaması Azərbaycan futbolu üçün böyük uğurdur”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right