Qarabağ"ın futbolçusu: "İki top fərqli üstünlüyü əldən vermək məyusedicidir"

"Qarabağ" Avropa Liqası 1/8 final mərhələsinin ilk oyunda Bakıda "Bayer"lə 2:2 hesablı heç-heçə edib.

Newsport.az xəbər verir ki, Ağdam təmsilçisinin yarımmüdafiəçisi Patrik Andrade matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Oyunu necə dəyərləndirirsən?

- Oyuna yaxşı başladıq. Birinci hissənin məntiqi nəticəsi kimi hesabda 2:0 önə keçdik. Rəqib ikinci yarıda hesabı bərabərləşdirməyi bacardı. Bu, sanki ağızda acı dad təəssüratı yaratdı.

- Üstünlüyü qorumaq üçün nə çatmadı?

- Bu, futboldur. Meydanda özümüz özümüzlə oynamırıq. Rəqib ikinci yarıda çoxlu qol epizodları yaratdı. Xüsusilə də oyunun sonlarına yaxın. Bunun nəticəsində hesabı bərabərləşdirdilər.

- Üstünlüyü əldən verdiniz. "Qarabağ" bu nəticəyə layiq idi?

- İstənilən halda iki top fərqli üstünlüyü əldən vermək məyusedicidir. Amma başımızı dik tutmalıyıq. Qarşıda "Zirə" ilə oyun var. Yaxşı hazırlaşmalıyıq. 

- Cavab matçında belə oynamaq olar?

- Bilmək olmaz. Futbolda əvvəlcədən nəsə demək olmur. Hələ "Zirə" ilə oyuna köklənməliyik. Daha sonra "Bayer"lə cavab görüşünə hazırlaşacağıq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right