Portuqaliya klubunun məşqçisi: "Qarabağ" bu təvazökarlıqla daha bir tarix yaza bilər"

"Santa-Klara"nın məşqçisi, uzun illər Azərbaycanda “İnter”in formasını geyinmiş Danildo Assioli Sportal.az saytına açıqlama verib.

Newsport.az-ın məlumatına görə, o, Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Braqa”(2:3, 4:2) görüşü haqda danışıb və Ağdam klubunun uğurlu nəticəsini qiymətləndirib:

"İnanılmaz oyun idi. "Qarabağ"ı göstərdiyi döyüşkən ruhuna və inamına görə təbrik edirəm. “Qarabağ”ın bu illər ərzində gördüyü işi, Azərbaycanın adını ən yüksək səviyyəyə çatdırmasını izləmək xüsusi zövq verdi. Hər oyunun öz hekayəsi var. “Qarabağ” – “Braqa” görüşü Portuqaliyadakından fərqli idi. Amma sonda “Qarabağ” mərhələ adlaya bildi".

Assioli, növbəti mərhələ uğrunda da oynamaq gücündə olduğunu deyib: "Düşünürəm ki, “Qarabağ” eyni ruhu saxlamalıdır. Onlar çox çalışmaqla və bu təvazökarlıqla daha bir tarix yaza bilər. Baxmayaraq, qarşıdakı rəqib də çox güclüdür".

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right