"Braqa"nın baş məşqçisi: "Qalib gəldik, amma yetərli olmadı"

"Braqa" Avropa Liqası pley-off mərhələsinin cavab görüşündə "Qarabağ"a 2:3 hesabı ilə məğlub olaraq turnirdə mübarizəni dayandırıb.

Newsport.az xəbər verir ki, Portuqaliya təmsilçisinin baş məşqçisi Artur Jorje matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- İlk oyunda neqativ nəticə qeydə alınmışdı. Bura məğlub durumda gəlmişdik. Vəziyyəti xeyrimizə dəyişmək üçün qələbə lazım idi. 90 dəqiqə ərzində tarazlıq yaratdıq. Komanda yaxşı işlədi, vuruşdu, mübarizə apardı. Bəzi səhvlərə yol verdik. Onlar olmamalıydı. Amma ümumilikdə komanda vuruşdu. Həmin səhvlər cütün taleyini həll etdi.

- Bu, karyeranızın ən üzücü məğlubiyyəti idi? Bu məğlubiyyət mövsümün gedişində komandaya necə təsir göstərəcək?

- İlk oyunda qeydə alınan həmin nəticə bizi burada qələbə qazanmağa məcbur edirdi. Qalib gəldik. Amma mərhələ keçmək üçün yetərli olmadı. Tez bir zamanda bərpa olmalıyıq. Komanda çox güc sərf etdi, həm mənəvi, həm də fiziki cəhətdən. Bazar ertəsi növbəti oyunumuz var. Tez hazırlaşmalıyıq.

- Oyun üçün sizin strategiyanız nə idi? Matça necə hazırlaşmışdız?

- Heyətdə bəzi dəyişikliklər etmişdim. Məcbur idik buna. Heyətdə daha hazır oyunçular olmalı idi. Ümumi hesabı bərabərləşdirə bilmişdik. Mənə ən çox təsir edən buraxdığımız ikinci qol idi. Belə səviyyəli yarışda belə qol buraxmaq, bağışlanmaz səhvdir.

- Birinci oyunda 4-cü qoldan sonra azarkeşlər ağ bayraq qaldırmışdı. Siz özünüz necə, bu nəticəyə görə ağ bayraq qaldıraraq istefa verməyi düşünürsüz?

- Siz bütün mövsümü analiz edirsiz, yoxsa bir oyunu?

Fərqi yoxdur...

Nə deyim? Onu deyə bilərəm ki, mərhələni keçmək istəyirdik. Qalib gəldik, amma yetərli olmadı.

- Azərbaycandan hansı hisslərlə gedirsiz?

- Qonaqpərvərliyə görə sizə təşəkkür edirəm. Hansı hisslərlə qayıdacam? Təəssüf ki, yarışı tərk edirik. Öz liqamıza fokuslanacağıq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right