"Qarabağ" - "Braqa" matçına satılan biletlərin sayı açıqlandı

UEFA Avropa Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” - “Braqa” oyununa bilet satışı davam edir.

Newsport.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.

Artıq qarşılaşma üçün satışa çıxarılan bilətlərdən 26 500-ü satılıb. Bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 300 manatdır.

Satış məntəqələri:

Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

Heydər Əliyev sarayının kassaları;

”Changan Azerbaijan”da isə VVIP, VIP və CAT 1 biletlər satılacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right