"Braqa"nın kapitanı "Qarabağ"a məğlubiyyətə şərh verdi: "Bizim günümüz deyildi"

Portuqaliyanın “Braqa” klubunun kapitanı Abel Ruiz Avropa Liqasının ilk pley-off matçında “Qarabağ”a 2:4 hesabı ilə məğlubiyyəti şərh edib.

Newsport.az xəbər verir ki, “O Jogo”ya danışan kapitan ümidini itirmədiyini bildirib:

"Etiraf etməliyik ki, bizim günümüz deyildi. Biz vəziyyəti dəyişməliyik. Bu, istədiyimiz oyun deyildi. “Qarabağ” öz futboluun göstərdi. Amma qarşıda hələ 90 dəqiqə var. Əvvəlcə diqqətimizi çempionat oyununa yönəldəcəyik, sonra isə səfər oyunu haqqında düşünmək üçün üç günümüz olacaq. Bu gündən daha çox iş görməliyik, lakin növbəti mərhələyə çıxmaq üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, cavab qarşılaşması fevralın 22-də baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right