Emrah Çelikel: "Bakıdakı oyundan da qələbə gözləyirəm

"Qarabağ" Avropa Liqasının pley-off mərhələsində ilk oyunda "Braqa"nı məğlub etdi - 4:2. 

Newsport.az-ın məlumatına görə, Azərbaycan təmsilçisinin baş direktoru Emrah Çelikel "FutbolPress"ə tarixi qələbə ilə bağlı təəssüratlarını bölüşdü:

"Çox sevincliyik, gözəl nəticədir. Səfərdə 4:2 hesablı qələbə hamımızın ürəyincə oldu. Bundan sonra təmkinli, diqqətli olmalıyıq. Cavab matçında daha çox dəstək lazımdır. Bu gün sevincliyik, amma sabahdan hazırlıqlara başlamalıyıq".

Klub rəsmisi cavab oyunundan da qələbə gözlədiyini söylədi:

"Cavab görüşü daha çətin olcaq. Artıq komandalar bir-birini tanıyır. Qurban müəllim indi daha məlumatlıdır. Onu bilirəm ki, təmkinli olmalıyıq. Bakıdakı oyundan da qələbə gözləyirəm, bunu arzulayır, istəyirik. Hamı kimi əlimizdən gələni edəcəyik".

"Qarabağ" ilə "Braqa" arasındakı cavab görüşü fevralın 22-də Bakıda olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right