"Qarabağ" yaxşı komanda olduğunu göstərdi" - Moutinyo

"Braqa"nın futbolçusu Joao Moutinyo Avropa Liqasında "Qarabağ"a məğlub olduqları görüşdən sonra fikirlərini bölüşüb.
Newsport.az xəbər verir ki, yarımmüdafiəçi 2:4 hesabıyla başa çatan görüşlə bağlı bunları deyib:

"İstəmədiyimiz məğlubiyyətdir. "Sportinq"ə uduzandan sonra burada yaxşı nəticə əldə etmək istəyirdik. Təəssüf ki, alınmadı. Nə qələbəyə, nə heç-heçəyə layiq idik. Mən də daxil olmaqla daha çox şey etməli idik. Danışmaq yox, meydanda iş görmək lazımdır.

Cavab oyununda fərqli yanaşma göstərməliyik. İlk matçdakından daha çoxunu etməliyik, vurduğumuz qollar bizə ümid verə bilər. "Qarabağ" yaxşı komanda olduğunu göstərdi və onlara fərqli yanaşmalıyıq".

Cavab matçı fevralın 22-də Bakıda keçiriləcək
.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right