UEFA reytinqi: "Qarabağ" qalib gəldi, Azərbaycan Slovakiyanı qabaqladı

"Qarabağ" Avropa Liqasının pley-off mərhələsində "Braqa" üzərində 4:2 hesabı ilə qələbə qazanıb.

Newsport.az xəbər verir ki, bu qələbə sayəsində UEFA reytinqində Azərbaycana növbəti xallar yazılıb. 

Belə ki, Ağdam klubu Portuqaliyada qələbə qazanmaqla, ölkə reytinqinə daha 0,500 əmsal əlavə edilib. 

Son 5 mövsümdəki ümumi əmsallarının sayı 19,625-ə bərabərdir. Belədə, Azərbaycan UEFA reytinqində Slovakiyanı geridə qoyaraq, 27-ci pilləyə yüksəlib. Hər iki ölkə eyni əmsala malikdir. Lakin klublarımızın cari mövsüm daha çox xal toplamaları irəliləməyimizə yol açıb.

Reytinqə 100,803 əmsalla İngiltərə başçılıq edir. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right