"Bu, çox ağır məğlubiyyətdir" - "Braqa"nın baş məşqçisi

"Braqa"nın baş məşqçisi Artur Jorje Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində evdə "Qarabağ"a uduzduqları matçdan (2:4) sonra mətbuat konfransında iştirak edib.

Newsport.az xəbər verir ki, o, oyun haqqında danışarkən bu məğlubiyyətin çox ağır olduğunu söyləyib: “Əslində bunu izah etmək çox çətindir. Ağır bir məğlubiyyətdir. Həqiqət budur ki, bəzi narahatlıqlar hiss etdik.  Bir araya gəlməliyik, qopmamalıyıq. Biz dərhal bu yanaşmanı tətbiq edəcəyik. Uduzduq və ümumi hesabda geridəyik. Lakin gələn həftənin cümə axşamı günü cavab oyunu var. Biz buna psixoloji cəhətdən hazırlaşmalıyıq".

Mütəxəssis təcrübəli futbolçusu Joao Moutinyonun penaltidən fərqlənməsi haqqında da fikirlərini söyləyib: “Bu qol fərqi aradan qaldırmır. Çünki bu, təbii ki, istədiyimiz nəticə deyildi. İndi fərq bir az azalıb. Mərhələ adlamaq üçün səfərdə 3:0 hesabı ilə qalib gəlmək lazım olacaq. Bu, çox çətindir. Bugünkü oyun da çətin keçdi. Bizim üzərimizə böyük məsuliyyət düşür”.

Artur Jorje azarkeşlərin etiraz etməsinə və narazılığına da toxunub: "Biz də bu barədə düşünməliyik. Azarkeşlərin bu gün Braqada baş verənlərə qəzəbləndiyini gördük. Üsyan ilk növbədə məşqçiyə qarşı olur. Çünki bu məqamlarda məsuliyyət daşıyan məşqçidir.  Mən bunu başa düşürəm. Narazılıq, məyusluq, hətta kədər hiss edirəm. Mən yalnız söz verə bilərəm ki, biz daha çox çalışacağıq. Daha çox iş görməliyik ki, azarkeşlər üsyan etmək əvəzinə yanımızda olsunlar”.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu fevralın 22-də Bakıda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right