Avropa Liqası: "Qalatasaray" və "Milan" qələbə qazandı

Bu gün Avropa Liqasında pley-off mərhələsinə start verilib.

Newsport.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" bu mərhələdə "Braqa"nın qonağı olub. Görüş Qurban Qurbanovun komandasının 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

"Qalatasaray" isə Praqa "Sparta"sını qəbul edib və 3:2 hesablı qələbəyə sevinib.

“Milan” doğma meydanda “Renn”ə böyük hesabla qalib gəlib.

Bu mərhələnin cavab oyunları fevralın 22-də keçiriləcək.

15 fevral

21:45 "Feyenoord" (Niderland) - "Roma" (İtaliya) - 1:1

Qollar: Payşao, 45+1 – Lukaku, 67.

21:45 "Qalatasaray" (Türkiyə) - "Sparta" (Çexiya) - 3:2

Qollar: K.Demirbay, 19, Kreyçi, 60-avtoqol, İkardi, 90+1 – Presyado, 47. Kuxta, 65

21:45 "Şaxtyor" (Ukrayna) - "Marsel" (Fransa) - 2:2

Qollar: Matvienko, 68, Equinaldo, 90+3 – Obameyanq, 64, Ndiaye, 90.

21:45 "Yanq Boyz" (İsveçrə) - "Sportinq" (Portuqaliya) - 1:3

Qollar: Uqriniç, 42 – Amenda, 31-avtoqol, Qyokeres, 41-pen; İnasio, 48.

00:00 "Milan" (İtaliya) - "Renn" (Fransa) - 3:0

Qollar: Loftus-Çik, 32, 47, Leau, 53.

00:00 "Benfika" (Portuqaliya) - "Tuluza" (Fransa) - 2:1

Qollar: Di Mariya, 68-pen; 90+8-pen. – Desler, 75.

00:00 "Lans" (Fransa) - "Frayburq" (Almaniya) - 0:0

00:00 "Braqa" (Portuqaliya) - "Qarabağ" - 2:4

Qollar: Marko Yankoviç, 21-pen. (0:1), Simon Banza, 44 (1:1), Abdullah Zubir, 54 (1:2), Juninyo, 67 (1:3), Abdullah Zubir, 69 (1:4), Joao Moutinyo, 90+1 (2:4)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right