Qurban Qurbanov: "Cavab oyununda daha ciddi olmalıyıq"

"Qarabağ" Avropa Liqası pley-off mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Braqa"nı 4:2 hesabı ilə məğlub edib.

Newsport.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb'

- Hesab 4:2 oldu. Amma bu, hələ ilk hissədir. Bu cür komandalar bu cür turnirlərdə istənilən nəticəni öz xeyirlərinə dəyişə bilərlər. Biz arxayınlaşmalı yox, əksinə cavab oyununda daha ciddi olmalıyıq. Futbolçularımı təbrik edirəm.

- Həm "Sabah"la oyunda həm də bu gün komandanın müdafiəsi etibarlılığı ilə seçilmirdi. Yaxın günlərdə bu mövqeyə təcili transfer gözlənilir?

- Yox. Transfer pəncərəsi bağlanıb. Bəli, istəməzdim ki, son oyunlarda bu qədər qol buraxaq. Bunun üzərində çalışırıq. Bu gün iki qolu da standart vəziyyətdən buraxdıq. Biri küncdən zərbədən, biri penaltidən. Hər oyunda qapımızda qol görürüksə, daha ciddi yanaşmalıyıq. Təkcə müdafiə xəttində oynayan futbolçular yox, kollektiv şəkildə müdafiədə daha ciddi olmalıyıq.

- 4:2 hesablı qələbəni sensasiya hesab etmək olar?

- Proqnozlara fikir vermirəm. Real baxsaq, bəlkə favorit hesab edənlərin fikri düzdür. Bu gün həm reytinqə, həm də komandanın çıxış etdiyi çempionata görə, bu fikirlər normaldır. Amma mən bildirmişdim ki, bizim də xeyli təcrübəmiz var. Həm Bakıda, həm səfərdə vacib görüşlərimiz olub. Futbolçularımızın təcrübəsi artıb. İnanırdıq. Bəlkə də 4 qol vurarıq deyə düşünmürdük. Ammma futbolçularımızdan tələbimiz odur ki, hər hücumda daha keyfiyyətli olsunlar. Allaha şükürlər olsun, oyun pis alınmadı

- Sanki dünya futboluna mesaj verdiniz ki, "pul hər şeyi həll etmir"...

- Ağır sualdı. Belə hallar zaman-zaman baş verir. Əlbəttə, onların imkanları bizdən üstündü. Daha çox pulla daha davamlı işlər qurmaq olar. Unutmayaq ki, cavab görüşü var. Daha keyfiyyətli klub olmaq üçün daha böyük büdcəyə ehtiyac var. Bu gün üçün yox, gələcək üçün.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right