Qurban Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı

Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Bayer” (Almaniya) oyunundan öncə təşkil ediləcək mətbuat konfransı və media nümayəndələri üçün açıq məşqin vaxtı məlum olub.

Newsport.az-ın məlumatına görə, Ağdam komandasının baş məşqçisi Qurban Qurbanov və futbolçusu Bəhlul Mustafazadənin mətbuat konfransı noyabrın 8-i saat 17:15-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

18:00-da isə media nümayəndələri üçün açıq məşq (İlk 15 dəqiqə) keçiriləcək.

Qonaq komandanın Bakıda açıq məşqi və mətbuat konfransı keçirilməyəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right