Xabi Alonso: "Qarabağ"ın yaxşı strukturu və təcrübəli futbolçuları var"

Almaniyanın "Bayer" klubu Avropa Liqası qrup mərhələsinin üçüncü turu çərçivəsində doğma meydanda "Qarabağ"ı qəbul edəcək.

Newsport.az-ın məlumatına görə, Leverkuzen təmsilçisinin baş məşqçisi Xabi Alonso matçdan öncə keçirilən mətbuat konfransında iştirak edib. 

"Bu matçın nə qədər vacib olduğunu bilirik. Bizi təcrübəli baş məşqçisi olan yaxşı rəqiblə oyun gözləyir. “Qarabağ”ın yaxşı strukturu və təcrübəli futbolçuları var. Bu, maksimum konsentrasiya olmağımızı tələb edəcək. Ən vacib məqsəd qələbə qazanmaqdır. Biz mübarizə aparmaq və hər yarışda olmaq istəyirik. Qələbə ilə qrupdan çıxmaq  yolunda mühüm addım ata bilərik”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right