Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi "Dinamo" (Xorvatiya) Konfrans Liqasında bu gün növbəti görüşünü keçirəcək.
Newsport.az-ın məlumatına görə, Xorvatiya çempionu ikinci turda "Ballkani"nin qonağı olacaq.
Kosovoda keçiriləcək görüşə Bakı vaxtı ilə saat 20:45-də start veriləcək.
Mahirin komandası KL-də ilk turda "Astana"nı 5:1 hesabı ilə darmadağın etmişdi.