Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo" (Xorvatiya) bu gün Konfrans Liqasında növbəti oyununa çıxacaq.
Newsport.az-ın məlumatına görə, Zaqreb təmsilçisi "Viktoriya"nı (Plzen, Çexiya) qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
Matçın heyətləri açıqlanıb. Mahir ilk 11-likdə yer alıb. O, hücumun ön xəttində çıxış edəcək.