“Qəbələ” – “Puşkas Akademiya” oyununun təyinatları açıqlanıb

“Qəbələ” və Şimali Makedoniyanın “Puşkas Akademiya” komandaları arasında baş tutacaq UEFA Gənclər Liqasının 1-ci mərhələsinin ilk oyununun təyinatları bəlli olub.

Newsport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Qazaxıstandan olan hakimlər briqadasına tapşırılıb.

Əsas referi Sayat Karabayevə Timur Tursumbayev və Yevgeni Karlov yan xətt hakimi qismində yardımçı olacaqlar.

Oktyabrın 4-də Qəbələdə təşkil olunacaq qarşılaşma saat 16:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right