"Zirə" ÇL-in yarımfinalında

Minifutbol üzrə Çempionlar Liqasında mübarizə aparan “Zirə” tarixi uğura imza atıb. 

Newsport.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi turnirin 1/4 final mərhələsində İngiltərənin ABC Sokker” komandasına 5:0 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.

"Zirə" - ABC "Sokker" - 5:0
Qollar: 
Mirkamil Əliyev, 3, Taleh Babayev, 8, Rəvan Kərimov, 9, Bəxtiyar Sultanov, 10, Pərviz Qaraxanov, 39

Bu mərhələdə mübarizə aparan ilk Azərbaycan klubunun növbəti rəqibi Monteneqronun “Saborno Xrama” kollektividir.

Qeyd edək ki, daha əvvəl "Birbaşa Bakı" 1/4 finalda məğlub olaraq mübarizəni dayandırıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right