Çempionlar Liqası: "Reyncers" və "Makkabi" qalib gəldi, "Marsel" uduzdu Yenilənib

Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin daha 3 oyunu keçirilib.

Newsport.az-ın məlumatına görə, "Panatinakos (Yunanıstan) öz meydanında "Marsel"i (Fransa) məğlub edib - 1:0.

“Makkabi”ni (Hayfa, İsrail) səfərdə “Slovan”dan (Slovakiya) üstün olub - 2:1. “Reyncers” (Şotlandiya) “Servett”i (İsveçrə) qəbul edib və 2:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, Mahir Emrelinin formasını geyindiyi Xorvatiya "Dinamo"sunun (Zaqreb) səfərdə Yunanıstan AEK-i ilə keçirəcəyi görüş isə Afinada iki klubun azarkeşlərinin iştirakı ilə iğtişaşı və 1 nəfərin ölüm səbəbindən təxirə salınıb. UEFA-nın yeni qərarına əsasən, bu komandalar arasında ilk oyun avqustun 15-i Zaqrebdə, cavab matçı isə avqustun 19-u Afinada olacaq. "Dinamo"nun yaydığı açıqlamaya görə, hər iki oyun azarkeşlərin iştirakı olmadan keçiriləcək. 

9 avqust

UEFA Çempionlar Liqası, 3-cü təsnifat mərhələsi, ilk oyunlar

22:00. "Panatinakos (Yunanıstan) - "Marsel" (Fransa) - 1:0

Qol: Bernard, 83

22:30. “Slovan” (Slovakiya) – “Makkabi” (Hayfa, İsrail) - 1:2

Qollar: Yuray Kuçka, 12 - Fratsdi Pyero, 5. Dia Saba, 15

22:45.“Reyncers” (Şotlandiya) – “Servett” (İsveçrə) - 2:1

Qollar: Ceyms Tavernye, 6. Siril Dessers, 15 - Kris Bedia, 44

8 avqust

"Kopenhagen" (Danimarka) - "Sparta" (Çexiya) - 0:0

"Rakov" (Polşa) - "Aris" (Kipr) - 2:1

PSV (Niderland) - "Şturm" (Avstriya) - 4:1

"Klaksvik" (Farer adaları) - "Molde" (Norveç) - 2:1

"Olimpiya" (Sloveniya) - "Qalatasaray" (Türkiyə) - 0:3

"Braqa" (Portuqaliya) - "Baçka Topola" (Serbiya) - 3:0





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right