Mahir qol vurdu, "Dinamo" növbəti mərhələyə yüksəldi

Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunları davam edir.

Newsport.az xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin formasını geyindiyi "Dinamo" səfərdə "Astana"nın qonağı olub. Qarşılaşma Zaqreb təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

İki görüşün nəticəsinə görə 6:0 hesablı üstünlük əldə edən "Dinamo" III təsnifat mərhələsinə vəsiqə qazanıb. 

Mahir Emreli də bu matçın iştirakçısı olub. Start heyətdə meydana çıxan 26 yaşlı forvard 78-ci dəqiqədə əvəzlənib. Mahir 24-cü dəqiqədə komandasının ilk qolunu vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right