"Rakuv"un kapitanı: "Öz oyunumuzu göstərməyə hazırıq"

"Rakuv"un kapitanı Zoran Arseniç Çempionlar Liqası II təsnifat mərhələsinin "Qarabağ"la cavab matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.

Newsport.az xəbər verir ki, 29 yaşlı müdafiəçi qarşılaşma haqda fikirlərini bildirib. Təcrübəli arxa xətt oyunçusu sqabah öz oyunlarını göstərməyə hazır olduqlarını deyib:

- Qısa danışacam. Biz çox şadıq ki, bu mərhələyə gəlmişik. Çünki hər bir futbolçu üçün Çempionlar Liqasının mərhələlərində oynamaq qüruruvericidir. Sabah öz oyunumuzu göstərməyə hazırıq.

- "Qarabağ"ın əsas təhlükəsi nəyi hesab edirsən?

- Birinci oyunda gördüyümüz kimi, "Qarabağ" çox güclü komandadır. Biz daha diqqətli olmalıyıq. Əsasən də, diqqətimizi "Qarabağ"ın stilinə və tempinə yönəltməliyik.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right