"Rakuv" "Qarabağ"la oyun üçün Bakıya gəlir

Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Rakuv" cavab görüşü üçün Azərbaycana gəlir.

Newsport.az-ın məlumatına görə, Polşa təmsilçisini gətirən təyyarə bir neçə dəqiqə əvvəl hava limanından Bakıya yola düşüb.

Çestohova təmsilçisi sabah saat 19:00-da Bakı Olimpiya Stadionunda oyunöncəsi son məşqini həyata keçirəcək. Bundan yarım saat əvvəl isə baş məşqçi David Şvarqanın mətbuat konfransı olacaq.

Qeyd edək ki, "Qarabağ" - "Rakuv" görüşü 2 avqust tarixində saat 20:00-da Bakı Olimpiya Stadionunda baş tutacaq. Komandalar arasında Polşada baş tutan ilk oyun meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right