“Rakov”a görə narahatam, “Qarabağ” evdə çox təhlükəlidir” Polşa millisinin keçmiş futbolçusu

Polşa millisinin keçmiş futbolçusu Radovlas Kalujnı “Qarabağ” barədə fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, 49 yaşlı veteran Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin “Rakov” - “Qarabağ” oyununu (3:2) şərh edib. O, bu zaman Ağdam komandasının oyunu barədə müsbət sözlər deyib:

“Qarabağ”ın bu qədər yaxşı oynayacağını gözləmirdim. Heyətində dəyişiklik olmasına baxmayaraq, komandanı bəyəndim. “Rakov” da yaxşı futbol nümayiş etdirdi, qorxmadı, bərabər səviyyədə oynadı. Buraxılan iki qola görə isə narahatam. Bunlar bizim üçün lazımsız, axmaq qollar idi. “Rakov” 2:0 hesabı ilə qalib gəlməli idi, amma alınmadı. İndi mən natahatam. Çünki “Qarabağ” evdə çox təhlükəlidir. Gizlədəcək bir şey yoxdur. Onlar hər kəsi öz meydanında, rəqibə fərq qoymadan məğlub edirlər. Ancaq möcüzə həmişə baş verə bilər. “Rakov”a uğurlar arzulayıram. Onlar güclənirlər. Yaxşı klub yaratmaq istəyirlər və buna görə pul xərcləyirlər.  “Qarabağ” kimi komandanı keçmək Polşa futbolu üçün yaxşı olardı”.

Xatırladaa ki, “Qarabağ” - “Rakov” təkrar matçı avqustun 2-də keçiriləcək. Oyun Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:00-da başlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right