"Altı ildir ki, Qurban Qurbanovun korpusunda dəyişiklik olmayıb, etibarlı insanlarla işləyir"

Polşalı futbol məşqçisi Dariuş Marzeç "Qarabağ"da təcrübə keçməsindən danışıb. 

Newsport.az xəbər verir ki, Polşanın "Polsat Sport" portalına danışan 53 yaşlı mütəxəssis Ağdam klubunu yaxşı tanıdığını və Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Qarabağ” – “Rakuv” görüşünün olduqca çətin keçəcəyini bildirib. Bununla yanaşı, o, ilk qarşılaşmanı da şərh edib:

"Niyə mən "Qarabağ"da təcrübə keçməyi seçmişdim? Bilirəm ki, təcrübə qərbdə daha məşhurdur. Almaniya və Fransada olmuşam. Bununla belə, Şərq klubunda işləməyə qərar verdim. Onlar qeyri-adi sabitlik nümayiş etdirir. Qurban Qurbanov 15 ildir ki, “Qarabağ”ı çalışdırır. Altı ildir ki, onun korpusunda heç bir dəyişiklik olmayıb. Etibarlı insanlarla işləyir. Komandanın heyəti təbii ki, dəyişir, amma hər şey yaxşı düşünülüb. “Qarabağ”ın heyəti 3-4, bəzən 5-6 oyunçudan ibarət onurğa sütunundan ibarətdir. Bu klubda kifayət qədər bərabər keyfiyyətli 22 futbolçu var. Nə danışdığımı bilirəm, çünki bir həftə onların məşqini izlədim və oyunlara əsasən, əvəzedici oyunçu gedən futbolçular məşq zamanı keyfiyyət baxımından əsas oyunçulardan geri qalmırlar. Qurban Qurbanovun dəqiq fikri olduğunu görmək olar. “Qarabağ” vəziyyətdən asılı olaraq iki sistemlə oynayır: 4-3-3 və ya 4-2-3-1. Demirəm ki, “Qarabağ” rəqibini analiz etmir, amma ən çox öz oyununa güvənir. Öz oyununu rəqib üzərində tətmiq etməyə çalışır. Onlar ildən-ilə əla nəticələr göstərir".

Marzeçin fikrincə, “Rakuv” Bakıda yeni tarix yaza bilər: "Rakuva” sahiblərinin yanaşması da heyranedicidir. Bu, bizim futbolda nadir haldır. Klubun sahibi Sverçevski və komandanın keçmiş məşqçisi 7 il birlikdə işlədi. Ancaq nəzərə alın ki, Qurban Qurbanov 15 ildir ki, “Qarabağ”ın sükanı arxasındadır. Avrokuboklarda doqquz dəfə qrup mərhələsi təsadüfi deyil. Bu, təbii ki, maliyyə imkanlarının nəticəsidir, həm də baş məşqçinin ideyalarıdır. “Rakuv”la “Qarabağ” arasındakı ilk matçın nəticəsi Polşa klubu üçün yaxşı olsa da, cavab matçının qızğın və həyəcanlı keçəcəyini vəd edir. Qurban Qurbanov Polşaya heç-heçə üçün gəlmişdi, amma alınmadı. Eşitdiyimə görə, "Rakuv"a məğlubiyyətə görə “Qarabağ”da heç kim panikaya düşmür. Ötən il "Lex" onları evdə məğlub etsə də (1:0), cavab görüşündə məğlub olmuşdu (1:5). Beləliklə, Polşa çempionunu gələcək həftə həqiqətən həyəcanlı axşam gözləyir. Şvarqanın soyuqqanlı oyunundan və qərarlarından çox şey asılıdır. Şübhəsiz ki, həm Şvarqa, həm də “Rakuv” üçün “Qarabağ”la qarşıdakı səfər oyununda hekayə yazıla bilər”.

Adıçəkilən məşqçi “Stal”, “Arka”, “Viesçista” klublarını çalışdırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right