Çempionlar Liqasında 2-ci mərhələnin ilk oyunlarına yekun vuruldu

Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.

Newsport.az-ın məlumatına görə, son oyun günündə 5 matç keçirilib. "Qarabağ" səfərdə "Rakov"la qarşılaşıb. Görüş Polşa klubunun 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Ağdam təmsilçisinin ÇL-in 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri  "Aris" (Kipr) və BATE-nin (Belarus) oyununda qapılara 8 qol vurulub.

26 iyul

21:00. "Aris" (Kipr) - BATE (Belarus) - 6:2
Qollar:
 Qomis, 17-pen. (1:0), Benqtsson, 32 (2:0), Bane, 40-avtoqol (3:0), Kontsevoy, 48 (3:1), Qomis, 60 (4:1), Xadarkeviç, 66 (4:2), Montnor, 83 (5:2), Stepinski, 90+1 (6:2)

21:00. "Şerif" (Moldova) - "Makkabi" (Hayfa, İsrail) - 1:0

Qol: Amin Talal, 28

22:15. "Rakov" (Polşa) - "Qarabağ" (Azərbaycan) - 3:2

Qollar: Elvin Cəfərquliyev, 56-avtoqol (1:0), Pyasetski, 71 (2:0), Redon Cica, 73 (2:1), 75 (2:2), Sonni Kittel, 90+1 (3:2)

22:45. "Ludoqorets" (Bolqarıstan) - "Olimpiya" (Sloveniya) - 1:1

Qollar: Dominik Yankov, 44 - Timmi Elşnik, 14

22:45. "Klaksvik" (Farer adaları) - "Haken" (İsveç) - 0:0





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right