Qurban Qurbanovun Polşadakı mətbuat konfransının vaxtı açıqlandı

"Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda "Rakuv"un qonağı olacaq.

Newsport.az-ın məlumatına görə, "Qarabağ" iyulun 25-i saat 11:30-da Polşaya yollanacaq.

Qurban Qurbanovun iyulun 25-i yerli vaxt ilə 19:40-da (Bakı vaxtı ilə 21:40) mətbuat konfransı başlayacaq. Media nümayəndələrinə nəzərdə tutulmuş 15 dəqiqəlik açıq məşq isə yerli vaxt ilə 20:00-da (Bakı vaxtı ilə 22:00) matçın oynanılacağı “Miejski” stadionunda baş tutacaq.

Qeyd edək ki, "Rakuv" - "Qarabağ" matçı iyulun 26-da Bakı vaxtı ilə 22:15-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right