"Qarabağ"ın yeni transferi "Rakuv"la matçlarda olacaq?

"Qarabağ" yeni transferi Patrik Andradeni Çempionlar Liqası oyunları üçün UEFA-ya sifariş edib.

Newsport.az UEFA-nın saytına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçinin adı II təsnifat mərhələsinin "Rakuv"la matçları üçün iştirak ərizəsinə daxil edilib. Baş məşqçi Qurban Qurbanov şans verəcəyi təqdirdə kape verdeli oyunçu Polşa klubu ilə görüşlərdə iştirak edəcək.

"Qarabağ" "Partizan"dan transfer etdiyi Patrik Andrade ilə 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, "Qarabağ" "Rakuv"la ilk matçı iyulun 26-da səfərdə keçirəcək. Komandalar arasında cavab görüşü isə 2 avqust tarixində Bakıda baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right