“İndi mənə layiq olduğum qiyməti verin!” - Qvardiola

“Bütün dünya deyirdi ki, biz bunu edə bilməyəcəyik, kifayət qədər güclü deyilik. Ola bilsin ki, məni yetərincə bacarıqlı saymırdılar”.

Newsport.az-ın məlumatına görə, bu sözləri “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının finalında “İnter” üzərindəki qələbədən (1:0) sonra deyib.

“Düşündüm ki, biz böyük işlər görürük. Mən yaxşı məşqçiyəm. Amma hər mövsüm Çempionlar Liqasını qazanacaq qədər də yaxşı deyiləm. Çempionlar Liqasını sevirəm, çünki o, bir tarixdir. Amma indi mənə son altı il ərzində beş dəfə Premyer Liqa titulunu qazandığım üçün layiq olduğum qiyməti verin” - deyə Qvardiola oyundan sonrakı mətbuat konfransında bildirib.

Xosep Qvardiola oyunların sıx təqvimindən də danışıb.

“Növbəti mövsüm haqqında düşünməyə gücüm yoxdur, bu mümkün deyil. Bizə fasilə lazımdır. Artıq futbolçularımızın beynəlxalq oyunları var. UEFA və FİFA, bu haqfa fikirləşin. Premyer Liqa iki-üç həftə əvvəl başa çatdı. indi oyunçular milli komandalara qayıtmalıdırlar”.

Xatırladaq ki, iyunda Avropa çempionatının seçmə mərhələsinin oyunları keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right