“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsinin “Viktoriya” ilə cavab oyununu portuqaliyalı hakim Artur Diaş idarə edəcək.
Newsport.az-ın məlumatına görə, referi Azərbaycan çempionu üçün tanış simadır.
Artur Diaş “Qarabağ”ın 2017/12018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində Bakıda “Roma”ya qarşı keçirdiyi oyunu idarə edib. Matç Azərbaycan təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Diaş bu görüşdə “Qarabağ”ın 2, “Roma”nın isə 1 futbolçusunu “sarı” ilə cəzalandırıb.