"Yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik" - Qara Qarayev

"Azarkeşlərdən daha çox dəstək gözləyəcəyik. Yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik".

 

Newsport.az-ın məlumatına görə, bunu "Qarabağ"ın Qara Qarayev Bakıda Çexiyanın "Viktoriya" (Plzen) komandasına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

 

30 yaşlı yarımmüdafiəçi tarixi nəticəni təkrarlamaq istədiklərini bildirib: "İşimizin nə qədər ciddi olduğunu dərk edirik. Evdə oynayacağıq. Fanatların etimadını doğrultmağa çalışacağıq. Rəqib pley-offadək irəliləyibsə, xüsusi diqqət edilməli nöqtələri var. 90 dəqiqə üstün oyun sərgiləmək niyyətindəyik".

 

Qeyd edək ki, avqustun 17-də keçiriləcək qarşılaşma saat 20:45-də start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right