Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi "Dinamo" (Zaqreb, Xorvatiya) Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Bolqarıstan "Ludoqorets"i ilə cavab oyununu keçirib.
Newsport.az-ın məlumatına görə, Zaqrebdəki "Maksimir" stadionunda oynanılan matç “Dinamo”nun 4:2 hesablı qələbəsi ilə başa çatıb. İlk oyunda rəqibini 2:1 hesabı ilə məğlub edən Xorvatiya təmsilçisi pley-offa adlayıb. "Dinamo" növbəti raundda “Budyo Qlimt”lə (Norveç) üz-üzə gələcək.
Mahir Emreli isə bugünkü oyunda meydana çıxmayıb. O, sona kimi ehtiyatda qalıb.
Çempionlar Liqası, 3-cü təsnifat mərhələsi
Cavab oyunları
22:00. "Dinamo" (Zaqreb, Xorvatiya) – "Ludoqorets" (Bolqarıstan) - 4:2
Qollar: Drimiç, 12, Orsiç, 27 pen., 44, Petkoviç, 87 pen. - Despodov, 45+4, 49 pen.
Qırmızı vərəqə: Dominik Yankov, 17, Rikk, 72, Zan Karniçnik, 86 (hamısı “Ludoqorets”)
"Maksimir" stadionu
İlk oyun – 2:1