"Qarabağ" çox güclü komandadır" - "Ferenstvaroş"un futbolçusu

"Çox güclü komanda ilə qarşılaşacağıq".

 

Newsport.az-ın məlumatına görə, bunu "Ferenstvaroş"un futbolçusu Balint Veçey Macarıstanda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

 

29 yaşlı yarımmüdafiəçi "köhlən atlar"ın hücumçularını xüsusi fərqləndirib: "Rəqibin qarşısını almaq üçün bizə yaxşı güc və düzgün strategiya lazımdır. Azarkeşlərimzin də dəstəyi ilə öz meydanımızda daha yaxşı oynamaq istəyirik".

 

Veçey müdafiə baxımından rəqibi qabaqladıqlarını sözlərinə əlavə edib: "Sürətli əks-hücumlarla onları cəzalandıra bilərik. Sabah bütün gücümüzü ortaya qoyacağıq. Matça sakit başlamaq çox vacibdir".

 

Qeyd edək ki, avqustun 9-da oynanılacaq "Ferentsvaroş" – "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bakıdakı ilk oyunda qalib müəyyənləşməyib – 1:1.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah