"Qarabağ"la oyun final kimidir" - "Sürix"in futbolçusu

"Sürix"in (İsveçrə) futbolçusu İvan Santini Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Qarabağ"la evdə keçirəcəkləri cavab matçı barədə fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, 33 yaşlı hücumçu klubun rəsmi saytına açıqlamasında sonadək mübarizə aparmalı olduqlarını deyib:

"Bu, ikinci oyunumuz olduğu üçün sakitliyi qorumaq vacibdir. Bir oyunla heç nə bitmir. Amma 90 dəqiqə kompakt oynamalı, hər bir detala fikir verməliyik. Gücümüzün 100 faizini ortaya qoymalıyıq. Əminəm ki, bu halda biz mərhələ adlaya bilərik. Bu, bir növ final oyunudur. "Qarabağ"la matç bizim üçün hazırda mövsümün ən vacib oyunlarından biridir. Mövsüm yeni başlayıb. Amma bu oyunda qalib gəlsək, fantastik bir mövsüm keçirə bilərik. 90 dəqiqə ərzində hər şeyə hazır olmalı və səbrli davranmalıyıq. Meydanın hər qarışı üçün mübarizə aparmalıyıq".

Qeyd edək ki, sabah keçiriləcək "Sürix" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Komandalar arasında Bakıdakı ilk matç Ağdam təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right