“Qarabağ”la ÇL-in qrupunda oynamaq və Kolumbiya millisinə dəvət almaq istəyirəm”

"Qarabağ"ın futbolçusu Kevin Medina İtaliyanın TMW nəşrinin suallarını cavablandırıb.

Newsport.az-ın məlumatına görə, kolumbiyalı müdafiəçi əvvəlcə yay transfer dönəmində adının bəzi klublarla hallanmasından danışıb.

- "Qarabağ”da xoşbəxtəm. Bəzi klubların mənimlə maraqlandığını bilirəm, amma gələcəkdə nə olacağını heç vaxt bilmirik. Gözləməliyik. Onu da deyim ki, daha böyük liqalarda həyata keçirmək istədiyim arzularım var.

- Ötən mövsüm Premyer Liqanın ən yaxşı müdafiəçisi seçildiniz və bu mövsüm Çempionlar Liqasına 2 məhsuldar ötürmə və 1 qolla başladınız. Bu mövsüm üçün arzunuz nədir?

- Bu mövsüm “Qarabağ”ın Çempionlar Liqasının qrupuna düşməsi və Kolumbiya millisində oynamaq arzumu həyata keçirməyə çalışacağam.

- Əgər seçə bilsəydiniz, hansı liqada oynamağa üstünlük verərdiniz?

- İngiltərə, Almaniya və ya İspaniya kimi bütün rəqabətli liqaları sevirəm... Amma düşünürəm ki, İtaliya çempionatına çox yaxşı uyğunlaşa bilərəm. Çünki mən sürətli mərkəz müdafiəçisiyəm, 4 və ya 3 müdafiəçi sistemində oynamağa öyrəşmişəm.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right