“Qarabağ”la cavab oyunu fərqli olacaq” – Cemaili

“Cavab oyunu fərqli olacaq. Bu dəfə evdə oynayacağıq və böyük inamla meydana çıxacağıq”.

Newsport.az-ın məlumatına görə, bu sözləri İsveçrənin “Sürix” klubunun futbolçusu Blerim Cemaili “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu barədə “Blick” nəşrinə açıqlamasında deyib.

O, Çempionlar Liqasının təsnifat mərhələsinin həmişə ağıllarında olduğunu söyləyib:

“Komandamızda bu turnirdə çıxış etməyən oyunçular çoxdur. Qrup mərhələsinə vəsiqə qazanmaq hər kəsin arzusudur”.

Cemaili, bu səbəbdən ölkə çempionatını hələlik ikinci plana atmalarının normal hal olduğunu deyib.

İyulun 27-də “Letsiqrund” stadionunda keçiriləcək oyun saat 21:00-da start götürəcək. İlk matçda “Qarabağ” 3:2 hesabı ilə qalib gəlib. “Sürix” İsveçrə çempionatının 1-ci turunda “Yanq Boyz”a 0:4 hesabı ilə uduzub, 2-ci turda isə “Lutsern”lə qolsuz bərabərə qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right