"Sürix"in baş məşqçisi "Qarabağ"la oyundan danışdı

"Sürix"in baş məşqçisi Franko Foda Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Qarabağ"a Bakıda uduzduqları (2:3) ilk matç barədə danışıb.

Newsport.az-ın məlumatına görə, 56 yaşlı mütəxəssis klubun rəsmi saytına açıqlamasında deyib:

"Həm hücumda, həm də müdafiə xəttində daha sabit oynamaq, inkişaf etmək istəyirik. "Qarabağ"la oyunda ikinci hissədə meydanın ən yaxşısı biz idik. Artıq nəticə qazanmağın vaxtı çatıb. Ardıcıl 2 səfər matçından sonra yeni mövsümdəki ilk ev oyunumuzu səbirsizliklə gözləyirik".

Qeyd edək ki, "Sürix" və "Qarabağ" arasında cavab görüşü iyulun 27-də İsveçrədə keçiriləcək.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right