"Qarabağ" - "Sürix" oyununa nə qədər bilet satılıb?

"Qarabağ"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində İsveçrə "Sürix"i ilə ev oyununa bilet satışı davam edir.

Klubun mətbuat xidmətindən Newsport.az-a verilən məlumata görə, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq görüşə indiyə kimi 28 min 500 bilet satılıb. 

Qeyd edək ki, sözügedən oyun saat 20:00-da başlayacaq. Komandalar arasında cavab görüşü 1 həftə sonra İsveçrədə olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right