Franko Foda: "Qarabağ"ın "Lex"lə oyundakı nəticəsi məni qorxutmur"

Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin “Qarabağ” – “Sürix” matçından əvvəl qonaq komandanın baş məşqçisi Franko Fodanın iştirakı ilə mətbuat konfransı keçirilib.

Newsport.az-ın məlumatına görə, 56 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

- “Qarabağ” “Lex”ə ilk oyunda 0:1 uduzsa da, evdə 5:1 qalib gəldi. Bu nəticələr sizi qorxutmur?
- Yox, qorxutmur. İlk oyunu Poznanda köməkçilərim canlı izləmişdi. “Qarabağ” Bakıdakı oyunda qol buraxdıqdan sonra öz oyun intizamını itirmədi və ardıcılı beş qol vurdu. Yəni, 5:1 oyuna görə nəticə idi. Amma “Qarabağ”ın bu nəticəsi məni qorxutmur.

- Komandanın heyətində zədəli oyunçular var?
- Blerim Dzemaili “Yanq Boyz”la matçda oynamayıb. Amma bizimlə Bakıya gəlib. Zədəli oyunçumuz yoxdu. Sabahkı matçda bütün futbolçuların xidmətindən istifadə edə bilərəm.

- “Yanq Boyz”a 0:4 hesabı ilə uduzmuşdunuz. Həmin məğlubiyyəti unuda bilmisiz?
- Komandada hazırda ab-hava yaxşıdı. Həmin matçda hesab oyuna görə olmadı. Çünki bərabərsəviyyəli oyun gedirdi. Qol vura bilərdik, penaltidən istifadə edə bilmədik. “Yanq Boyz” məğlubiyyətini unutmuşuq.

- “Qarabağ”ın əsas təhlükəsini, əsas gücünü nədə hesab edirsiz?
- “Qarabağ”ı analiz etmişik. Üçüncü zonada güclüdülər. Kadi Borges, İbrahima Vadji, Abdullah Zubir, çox hərəkətlidilər öndəki oyunçular. Ancaq hər bir komanda kimi “Qarabağ”ın problemi var. Biz kompakt müdafiə olunaraq, boş zonalardan istifadə etməyə çalışacağıq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right