"Qarabağ" yeni transferini "Sürix"lə oyunlar üçün siyahıya əlavə etdi

Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Sürix"lə qarşılaşacaq "Qarabağ" sifariş ərizəsini UEFA-ya təqdim edib.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam klubunun yeni transferi Julio Romao siyahıya əlavə edilib.

24 yaşlı braziliyalı Ağdam klubu ilə 4 illik müqavilə imzalayıb.

"Qarabağ" "Sürix"lə iyulun 19-da Tofiq Bəhramov adına Respublika Stadionunda üz-üzə gələcək. Cavab görüşü bir həftədən sonra İsveçrədə oynanılacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right