"Bavariya" - "Barselona" oyunu ingiltərəli hakimlərə tapşırıldı

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin "Bavariya" ilə "Barselona" arasında oynanılacaq cavab matçına təyinatlar açıqlanıb.

Newsport.az-ın məlumatına görə, görüş ingiltərəli hakimlər birqadasına həvalə olunub.

Matçın baş hakimi Mark Klattenburq olacaq. Ona yan xətt hakimləri Saymon Bek və Çek Kollin yardımçı olacaq. Matçın dördüncü hakimi isə Stüart Bert təyin olunub.

Qeyd edək ki, komandalar arasında cavab görüşü mayın 12-də keçiriləcək. İlk oyun “Barselona”nı 3:0 hesablı qələbəsi ilə başa çatıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right