PAOK "Spartak"a qalib gəldi, "Seltik"dən heç-heçə Yenilənib

Bu gün Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.

Newsport.az-ın məlumatına görə, ikinci oyun günündə daha 3 matç keçirilib.  

Moskva “Spartak”ı səfərdə PAOK-un qonağı olub. Artıq 17-ci dəqiqədə rəqib qapısından 2 top keçirməsinə naxmayaraq, ruslar meydandan məğlub ayrılıblar - 2:3.

Yunanıstanın ÇL-dəki digər təmsilçisi AEK səfərdə “Seltik”lə üz-üzə gəlib. 57-ci dəqiqədən azlıqda qalmasına baxmayaraq, AEK çətin səfərdən sərfəli nəticə ilə qayıdıb - 1:1. 

Çoxlarının gözləmədiyi halda üçüncü mərhələyə kimi irəliləyən “Şkendiya” isə Avstriyada “Zalsburq”un qonağı olub. Lakin Makedoniya çempionunun növbəti sensasiyaya gücü çatmayıb.

8 avqust

Çempionlar Liqası

3-cü təsnifat mərhələsinin ilk oyunları

PAOK (Yunanıstan) - “Spartak” (Moskva, Rusiya) 3:2
Qollar:
 Popov, 7 (0:1), Promes, 17 (0:2), Prijoviç, 29-pen (1:2), Limnios, 37 (2:2), Pelkas, 44 (3:2)

“Zalsburq” (Avstriya) - “Şkendiya (Makedoniya) 3:0
Qollar:
 Dabbur, 16-pen; 45+3, Samassekou, 81

“Seltik” (Şotlandiya) - AEK (Yunanıstan) 1:1
Qollar:
 MkQreqor, 17 (1:0), Klonaridis, 44 (1:1)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right