BATE-nin baş məşqçisi: "Qarabağ"a qarşı necə oynayacağımızı müəyyənləşdirəcəyik"

"HİK-lə oyuna görə, potensial rəqiblərlə maraqlanmamışıq. Əminəm ki, "Qarabağ" ciddi komandadır".

Newsport.az-ın məlumatına görə, bu sözləri UEFA Çempionlar Liqasının III təsnifat mərhləsində "Qarabağ"ın rəqibi olan BATE-nin baş məşqçisi Aleksey Baqa deyib. 37 yaşlı mütəxəssis "Qarabağ"la oyunlar haqda fikirlərini bölüşüb: "Qarabağ"ın ötən mövsüm ÇL-in qrupunda iştirak etdiyini bilirik. İlk oyunumuz səfərdə olacaq. Səfər oyunumuz çətin keçəcək və azarkeşlər çox olacaq. HİK-lə matçdan dərhal sonra "Qarabağ"la oyunları düşünməyə başlamışıq. Rəqib haqda daha çox məlumat toplayacağıq və necə oynayacağımızı müəyyənləşdirəcəyik".

Qeyd edək ki, "Qarabağ" - BATE oyunu avqustun 7-də baş tutacaq. Cavab görüşü isə 1 həftə sonra keçiriləcək. Hər iki oyunun start fiti 21-00-da səslənəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right