"Qarabağ" keçilməz rəqib deyil" - "Olimpiya"nın kapitanı

"Püşk bizi potensial rəqiblərimiz arasında ən güclüsü ilə üz-üzə qoydu. Lakin rəqibimiz keçilməz deyil”.

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın Çempionlar Liqasının ilkin təsnifat mərhələsindəki rəqibi olan Sloveniyanın "Olimpiya" komandasının kapitanı Branko İliç deyib.  

35 yaşlı müdafiəçi püşkü nəticəsini dəyərləndirib. Sloveniya millisinin keçmiş üzvü komandasına inandığını bildirib: "İkinci mərhələyə vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Biz daxili çempionatda öz keyfiyyətimizi sübut etmişik və özümüzə güvənirik. "Qarabağ"la qarşılaşmalara çox yaxşı hazırlaşmalıyıq".  

Qeyd edək ki, tərəflər arasındakı ilkk oyun iyulun 10-11-də Sloveniyada , cavab görüşü isə 17-18 iyulda Bakıda reallaşacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right