"Roma" İngiltərəyə revanş üçün yollanır

Bu gün UEFA Çempionlar Liqasının ½ final görüşlərinə start veriləcək.

Newsport.az xəbər verir ki, ilk görüş İngilitərədə “Liverpul” və “Roma” arasında oynanılacaq. 10 il sonra yenidən yarımfinala qalan "qırmızılar" "Enfild Arena"da azarkeşlərini sevindirmək niyyətindədirlər.

"Roma" isə İngiltərəyə rövanş almaq üçün gəlir. Belə ki, o zaman adı Avropa Kuboku olan turnirdə  1984-cü ildə finala qalan “canavarlar” həlledici görüşdə “Liverpul”a məğlub olub. 

Hər iki komandanın ÇL-nın yarımfinalında bu günə qədər göstərdikləri nəticələrə nəzər salaq. “Liverpul” 9 dəfə ½ finala yüksəlib və 2 dəfə mərhələ adlaya bilməyib. 

“Roma” da isə vəzyyət fərqlidir. İtaliya təmsilçiləri bu günə qədər yalnız, turnirin adı Avropa kuboku olan zaman finala vəsiqə qazanıb və orada da “Liverpul”a məğlub olub. 

Qeyd edək ki, “Liverpul” “Roma” görüşü 24 aprel, Bakı vaxtıyla saat 22:45-də start götürəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right